Yerevanda “Həyat və savaş” filminin nümayişi keçirilib

Ermənistanın 25-ci ildönümünə həsr olunmuş “Həyat və savaş” bədii filminin nümayişi keçirilib. Film 1990-larda Artsax müharibəsinə həsr edildi. Nümayişdə filmin yaradıcı personalı iştirak edib.
“Bu filmin birinci hissəsidir. Aprel olaylarından sonra filmin ikinci hissəsini da çəkməyə qərar veridk. Bəzi səhnələri artıq çəkdik”,- “Armenpress”-in verdiyi məlumata görə, bu haqda “Şarm Holding”-in direktoru Karen Ğazaryan bildirib.
Filmin qəhrəmanları uşaqlığından bəri dost olan 25 yaşlı Tigran, Levon, Armen və Eduarddır. Onlardan ikisi vətən və sülh uğrunda öz həyatlarını təhlükəyə ataraq sərhədə gedirlər.
Başrol aktyoru Samvel Tadevosyan çəkilişlərdən sonra hərbi xidmətə getdi. “Deyə bilmirəm ki, film hərbi xidmətimə yardım etdi. Hazırda biz qalibik və psixologiyamız başqadır. Film Sovet İttifaqını qıraraq öz sevgini və xəyallərini itirmiş genclər haqqındadır”,-deyə aktyor vurğuladı.
Filmdə müharibə səhnələrini daha real göstərmək üçün gerçək hərbi texnika istifadə edildi. Zalda qəhrəmanların taleyindən duyğulanmayan olmadı.
Aktyor Samvel Topalyan qeyd etdi ki, filmdə heç bir lazımsız gərginlik yoxdur və tərəflərdən birini qəhrəmənləşdirərək digərini alçatmadıq.