Ekonomika

Ermənistan AİB-də İran ilə əməkdaşlığını genişləndirmə işlərində cəlb olundu: Vaçe Gabrielyan

AİB uzun və detallı şəkildə üzv ölkələri, o cümlədən Ermənistan  ilə İranın əməkdaşlığını analiz edib və bu əsasda da, Avrasiya İqtisadi Komissiyası tərəfindən müzakirələr davam edilir.

Bu haqda bu gün “Ermənistan bir körpü olaraq böyük bazarlara doğru” mövzusunda iqtisadi toplantı çərçivəsində ER baş nazirinin müavini Vaçe Gabrielyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın əsas üstünlüyü İranla sərhəd olması və uzunmüddətli biznes əlaqələridir.

“Bu göstərir ki, İranlı həmkarlarımız Ermənistan bazarını,  biz də İran bazarını AİB üzv ölkələrindən daha yaxşı biliriq və buna görıə də, AİB ilə İranın əməkdaşlığını genişləndirmə işlərində biz aktiv şəkildə cəlb olunduq”. Bu haqda “Panorama.am” ilə müsahibədə baş nazirin müavini bildirib.

Vaçe Gabrielyana görə, Ermənistanda AİB-İran əməkdaşlığına, o cümlədən sərbəst ticarət sazişi ilə bağlı bir neçə müzakirələr və görüşlər keçirilib və Ermənistan mütəxəssisləri bunlara aktiv şəkildə cəlb edildilər, lakin bu ümumi prosesdir və AİB tərəfindən idarə edilir. “Bu gün Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Veronika Nikişina da buradadır və bu işləri başçılıq edir. Bu dəfə o, məsəslələr haqqında Ermənistandakı həmkarları, İran səfirliyinin əməkdaşları ilə müzakirər edəcək.

Daha çox göstər
Back to top button