Siyasət

Alan Dunkan: Böyük Britaniya ATƏT Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir

Böyük Britanya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Bu haqda Müstəqilliyin 25-ci ildönümü vəsiləsiylə Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri, parlament üzvü Alan Dunkan təbrik məktubunda qeyd etdi.

Təbrik məktubunda deyilir:

“Böyük Britanyanın qədim tarixli və eyni zamanda gənc ölkə olan Ermənistan ilə sıx əlaqələri var. Biz demokratik və idarəetmə islahatları təşviq etmək, iqtisadi və mədəni əlaqələrini gücləndirmək məqsədilə Ermənistan Hökuməti və xalqı ilə çalışırıq.

Biz Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan və qonşu ölkələri arasında sülh və firavan gələcək üçün ATƏT Minsk Qrupunun həmsədrləri tərəfindən göstərilən səyləri dəstəkləyiriq.  Mən Böyük Britanya Hökuməti adından Müstəqilliyin 25-ci ildönümü vəsiləsiylə  erməni xalqı təbrik etmək üçün çox şadam”.

Daha çox göstər
Back to top button