Beynəlxalq

Azərbaycanda müxalifətin mitinqində iştirak edənlər polisə çağırılır

Jurnalist (frilanser) Sevinc Vaqifqızının valideynləri Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinə çağırılıb. Səbəb Demokrtatik Qüvvələrin Milli Şurasının 17 sentyabr mitinqində iştirak etmələridir. Bu barədə jurnalist  Facebook səhifəsində yazıb.

“Mən sahə müvəkkilindən soruşdum ki, anamı mitinqdə iştiraka görə çağırırlar? O inkar etmədi, dedi ki, bölməyə gəlsin danışarıq.  Mən çağırış vərəqəsi göndərməyi tələb etdim. Polis cavabında dedi: “O biz sizə qonaq gələcəyik”, – jurnalist yazıb.

Son günlər Azərbaycanda mitinqlərdə iştirak edən tanınmış ictimai xadimlər və sadə vətəndaşlar polis bölmələrinə çağırılır. Belə ki, “Tolışi sado” qəzetinin redaktortu Hilal Məmmədov, DQMŞ üzvü Rövşən Əhmədli polisə çağırılıb. O 17 sentyabr mitinqində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan lideri Taleh Bağırzadənin müraciətini oxuyub.

AXCP-nin gənc fəalı Ruslan Nəsirli bildirib ki, ailəsi mitinqdə iştirak etdiyinə görə atasını Saatlı Rayon İcra Hakimiyyətinə çağırıblar və ata orada fiziki zorakılığa məruz qalıb.

Daha çox göstər
Back to top button