
Baş nazir Karen Karapetyan bu gün Çinin «AVIC International» beynəlxalq korporasiyasının sədri Liu Çunun başçılıq etdiyi nümayəndəliyi qəbul edib.
Bu haqda ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Baş nazir nümayəndəliyin Ermənistana səfərini alqışlamış və qeyd etmişdir ki, ER hökuməti qarşılıqlı mənfəətli əməkdaşlığa hazır olduğunu bəyan edir.
ER baş naziri vəzifəsinə təyin olunması münasibətiylə Karen Karapetyanı təbrik edərək Liu Çun qeyd edib ki, «AVIC International» Ermənistanda investisiya proqramlarını həyata keçirmək məsələsində olduqca maraqlanır və odur ki, korporasiyanın fəaliyyəti istiqamətlərini təqdim etmişdir.
Həmsöhbətçilər bir sıra, o cümlədən transport, energetika, aviasiya, kənd təsərrüfatı sahələrində əməkdaşlığın və birgə proqramların perspektivlərini müzakirə ediblər.
Baş nazir Karapetyan bizim ölkəmizin təsərrüfatında investisiyalar etmək üçün «AVIC International» təşəbbüssünü və ER hökuməti adından əməkdaşlığa yardım etmək üçün hazırlığı üçün alqışlamışdır.
Hökumət rəhbəri müvafiq ali idarələrə sahələrə əsasən mümkün olan investisiya proqramlarını daha cəlbedici etmək üçün tapşırıqlar vermişdir.