İctimaiyyət

“Digitec Expo” texnologiya sərgisi bu il 60 minə yaxın ziyarətçiləri birləşdirəcək

Yerevanda regiondakı ən böyük “Digitec Expo-2016” beynəlxalq texnologiya sərgisi keçiriləcək. Bu haqda  hər il keçirilən sərgilərini təşkil edən İnformasiya Texnologiyaları müəssisələr birliyindən “Armenpress”-ə məlumat veriblər.

Sentyabrın 30-dan oktyabrın 2-dək Yerevandakı Mergelyan İnstitutunun “Yeravan Expo” mərkəzində keçirilən sərgi Dünyanın müxtəlif  ölkələrdən (Rusiyadan, Hindistandan, İrandan) gələn 60 min ziarətçiləri və 150-ə yaxın təşkilatları birləşdirəcək.

“Bu il hərbi-sənaye sektorunda olan investisiya potensialına xüsusi diqqət ayrıldı”,- deyə İnformasiya Texnologiyaları müəssisələr birliyinin hüquqşünası Arkadi Sahakyan bildirib.

“Digitec Expo” İnformasiya və kommunikasiya texnologiyalarının sərgisi 2005-ci ildə ilk dəfə keçirilmişdi.

“Digitec Expo”-nun əsas niyyəti yüksək səviyyəli texnologiya şirkətləri, istifadəçilər və cəmiyyət arasında rabitə üçün müsbət mühitin yaradılmasıdır. Sərgi Ermənistanda informasiya və kommunikasiya texnologiyalarını araşdırmak, nailiyyətləri görmək və cari çağırışlar və perspektivlərın proqnozu üçün imkan verir. O, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

“Digitec Expo”-nun ziarətçilərin sayısı getdikçə artır. 2005-ci ildə ziarətçilər sayısı 5000 idi, 2015-ci ildə isə, 50,000 ziarətçidən və 170 şirkətdən artıqdı.

Daha çox göstər
Back to top button