Siyasət

E.Nalbandyan: Ermənistanda etibarlı vətəndaş cəmiyyəti formalaşıb

Ermənistanda etibarlı vətəndaş cəmiyyəti formalaşıb və bu, gücləndirilmiş demokratiyanın göstərişidir. Bu haqda Nyu-Yorkda “Açıq hökumət tərəfdaşlığının 5 illik yubileyi” yüksək səviyyəli mərasimində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Nalbandyan qeyd etdi ki, “Ermənistanda demokratik institutların, qanunçuluğun, insan hüquqlarının qorunması və təşviqi mexanizmlərinin gücləndirilməsi üçün göstərilən səyləri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı davam etməkdədir. Keçmiş dekabrda isə, referendumla Konstitusiya islahatları təsdiq edilmişdi. Bundan əvvəl də daha şəffaf, yeni və təkmilləşdirilmiş idareətmə sistemi yaratmaq üçün ictimai müzakirələr prosesi başlanmışdı. Biz açıq hökumət tərəfdaşlığının məqsədlərinin həyata keçirilməsi üçün səylər göstərməyə davam edəcəyik.

Yeni fəaliyyət proqramımız yeni texnologiyaların araşdırması və ictimaiyyətlə ünsiyyət yaratması üçün bütün platformlarda açıq hökumət tərəfdaşlığının bütün prinsiplərinin daxil edilməsi, idarəetmə sistemində insan mərkəzli yanaşma tətbiq etmək üçündür. Biz Parisdə keçiriləcək “Açıq hökumət tərəfdaşlığı” zirvəsinə bu baxışla  hazırlaşırıq”.

Daha çox göstər
Back to top button