“Sincar yezidilərinin milli birliyi” ictimai təşkilatı “Sərhəddə dayanan yezidi qəhraman” rəmzini daşıyan proqram Ermənistan sərhədlərini müdafiə edən və Erməni aləminin sülhü naminə öz həyatlarını qurban vermiş qəhraman yezidi hərbiçilərinə həsr olunub.
Proqram ER Prezidentinin iş heyəti tərəfindən ayrılan məbləğin və Ermənistanın Gənclik Fondunun əldə etdiyi yarış çərçivələrində həyata keçirilib.
Təşəbbüs çərçivələrində yaxın günlərdə “Sərhəddə dayanan yezidi qəhraman” sərlöhvəsini daşıyan kitabça işıqlandırılacaq.Orada erməni ordusunun dörd sönməz hərbiçilər Sidar Sloyan, Hamlet Hacoyan, Boris Ozmanyan, Kərəm Sloyanın həyatından bəhs olunur.
Kitabça ikidilidir yezidicə və ermənicə. Hərbiçilərdən üçü Hamlet Hacoyan, Boris Ozmanyan və Kərəm Sloyan 2016-cı ilin aprelində həlak olmuşlar.
Proqramın çərçivələrində hərbiçilər barədə həmçinin qısa metrajlı filmlər çəkilib.
Proqramın rəhbəri Hamlet Amoyan qeyd edir ki, vilayət məktəblərində, institutlarda Yerevanın yezidilərinin bazar günü məktəbində müzakirələr təşkil olunacaq.Həmin müddətdə iştirakçılar hazırlanmış filməri seyr edəcəklər.
Eyni zamanda qəhramanların həyatlarına tanış olacaq və sonda onlara həsr olunmuş kitabçalar əldə edəcəklər.
Hamlet Amoyan qeyd edir ki, proqramla göstərilir ki, ER Milli azlıqları, xüsusiylə yezidilər öz erməni qardaşlarıyla sərhədləri müdafiə edir və vətənin sülhü naminə öz həyatlarını qurban verməyə hazırdırlar.