Ermənistan və İsrail elm, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq edəcəklər

Ermənistan və İsrail bir çox sahələrdə əməkdaşlığını genişləndirəcəklər. ER Parlamentindəki Ermənistan-İsrail dostluq qrupunun sədri Artak Zakaryan və İsrail Knessteinin vitse-spikeri, İsrail-Ermənistan Parlamentlərarası dostluq qrupunun rəhbəri Tali Ploskovun təşəbbüsü ilə Ermənistan-İsrail əməkdaşlığının ictimai forumunun formallaşma çalışmaları başlandı. Keçən ildəki planlar bu gün iki ölkə arasında elm, mədəniyyət, texnoloji, səhiyyə, turizm, biznes və digər sahələrdə əməkdaşlıq üçün platform olacaqlar.
İsrail Knessetinin vitse-spikeri Tali Ploskov vurğuladı ki, iki ölkənin də bir çox ortaq nöqtələri vardır və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində işləməliyik.
“İsraildə Ermənistanda olmayanları, Ermənistanda isə İsraildə olmayanları vardır. Düşünürəm ki, iki tərəf də əməkdaşlığın genişləndirilməsi üçün xoşbəxt olacaq”,-deyə Tali Ploskov qeyd etdi.
Forum müntəzəm olaraq həm Ermənistanda, həm də İsraildə öz işini davam etməkdədir. Birgə layihələr, biznes investisiyalar, texnoloji inkişaf imkanlarının hazırlanması və həyata keçirilməsi üçün foruma iki ölkədən maraqlı şəxslər cəlb ediləcəklər.
Forum zamanı ER Parlamentinin Xarici Əlaqələr komitəsinin sədri Artak Zakaryan və Knessetin vitse-spikeri Tali Ploskov müxtəlif sahələrdə əməkdaşlıq üçün görülən işlərin məsul koordinatorlarının adlarını təqdim etdilər.
Ermənistan tərəfindən forumun həmsədri Milli Strateji Araşdırmalar İnstitutunun rəhbəri, general-leytenant Hayk Kotancyan, İsrail tərəfindən isə Knessetin keçmiş millət vəkili, İsrail-Ermənistan Parlamnetlararası dostluq qrupunun qurucusu Aleksandr Tsinkerdir.