Kasprşik Artsaxda erməni hərbçinin ölümü ilə bağlı öz narahatlığını ifadə edib

ER Müdafiə Nazirinin müavini Davit Tonoyanın sentyabrın 26-də ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik ilə telefon danışığı olub. Bu haqda “Armenpress”-ə ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Söhbət zamanı Qarabağ-Azərbaycan münaqişə qoşunlarının təmas xəttindәki vəziyyət müzakirə edilib. Davit Tonoyan səfirə bildirib ki, sentyabrın 25-də rəqib tərəfindən açılmış atəşi nəticəsində 1997-ci il təvəllüdlü hərbi qullüğçu Sevak Hovhannesoviç Xaçatryan ölümcül yaralanıb. ER Müdafiə Nazirinin müavini atəşkəs rejiminin pozulmasını qəbuledilməz olduğunu deyib vurğuladı ki, bu olayın bütün məsuliyyətı Azərbaycan üzərinə düşür.
Səfir Kasprşik isə, baş verən hadisə ilə bağlı öz narahatlığını ifadə edərək qeyri-sabitliyin qarşısını almaq üçün addımlar atmasını vəd etdi.