Təhlil
Türkoloq: 25 ildə Ermənistan Respublikası özünü təcavüzdən müdafiə edə bilən bir dövlət oldu

25 il ərzində erməni xalqı elə bir yol keçdi ki, başqa xalqlar bir neçə onillikdə keçəcəklərdi. Bu haqda 24 sentyabrda mətbuat konfransında Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan bildirib.
Onun sözlərinə görə, bu 25 il xalqımız üçün çox hadisəli olmuşdu. “İlk əvvəl demək istəyirəm ki, bu 25 ildə Ermənistan Respublikası suveren və müstəqil bir dövlət oldu. Çox çətin vəziyyətlərdə, çətin regionda özünü təcavüzdən müdafiə edərək, Dağlıq Qarabağ Respublikasına yardım edə bilən bir dövlət ola bildi”,- deyə Ruben Safrastyan qeyd etdi.