Mədəniyyət

Dağlıq Qarabağ Respublikasından on muzey “Avropa Miras günləri” aksiyasında iştirak edib

“Avropa Miras günləri” mədəni aksiyasında iştirak edən muzeylərdə, Stepanakertdə, Şuşidə və Dağlıq Qarabağ Respublikasının bütün rayonlarının mərkəzlərində Artsax Müstəqilliyinin 25-ci ildönümü ilə bağlı sərgi və mühazirələr hazırlanıblar. Bu haqda “Кавказский узел” DQR Mədəniyyət Nazirliyinə istinadən məlumat verib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Yeraz Danielyan “Кавказский узел” ilə müsahibədə bildirib ki, Stepanakertdəki Diyarşünaslıq muzeyi “Artsaxdakı siyasi vəziyyətinin tarixi motivləri”, Hadrutdəki Milli muzeyi “Regional mədəniyyətin mirası”, Berdaşen kəndindəki Tarix muzeyi “Bardaşən mədəni mirasın mərkəzi” adlı sərgi və mühazirələrini hazırladılar. Kaşatağ rayonunun Baş müzeyi “Kaşatağda mədəni mirasın qorunmasının rolu”, Martuni rayonundakı tarix müzeyi “Müstəqillik- bizim uzunömürlülüğümüzün təminatıdır”, Askeran rayonundakı tarix muzeyi “Hərbi yolu”, Martakert rayonundakı tarix muzeyi isə, “Arxeoloji qazıntılar Çankataqada” adlı sərgiləri tşkil ediblər.

Şuşi şəhərindəki muzeylərinin direktoru Lusine Qasparyan vurğuladı ki, “Avropa Miras günləri” aksiyasında (European Heritage Days) Şuşidən 3 muzey iştirak edib. DQR Mədəniyyət Nazirliyinin mətbat xidməti bildirir ki, muzeylər “Avropa Miras günləri” aksiyasına  2013-cü ildən qatılıblar.

Daha çox göstər
Back to top button