Siyasət

DQR Xarici işlər naziri işgüzar səfəri ilə Belçikaya getdi

Dağlıq Qarabağ Respublikasının Xarici işlər naziri Karen Mirzoyan sentyabrın 25-də işgqzar səfəri ilə Belçikaya getdi. Bu haqda DQR XİN informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Karen Mirzoyan səfər çərçivəsində bu gün Brüsseldəki “Hay Dat” ofisində Avropada Daşnaksütyunun “Hay Dat” komitəsinin rəhbəri Kaspar Karampetyan və komitənin başqa üzvləri ilə görüşüb.

DQR Xarici işlər naziri erməni təşkilatla olan yüksək səviyyəli əməkdaşlığını qiymətləndirərək Avropada Artsax maraqlarının qorunmasına onların fəaliyyətlərinə böyük əhəmiyyət verib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlərə də toxunaraq gələcək planları da müzakirə etdilər.

Görüşdə DQR Parlamentinin deputatları, Artsax Respublikası-Avropa Parlamenti dostluq qrupu üzvları Davit Melqumyan və Hayk Xanumyan iştirak ediblər.

Daha çox göstər
Back to top button