Təhlil

Beynəlxalq KİV-lər: Azərbaycanda dəyişikliklər üçün keçirilən referendum beynəlxalq təşkilatlar tərəfindən təndik edilib

Beynəlxalq xəbər agentliyi “Associated Press» Azərbaycanda keçirilən referendum ilə bağlı xatırlatır ki, təklif edilən konstitusiya dəyişiklikləri yalnız Azərbaycan müxalifəti deyil, bütün dünyada beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası tərəfindən də tənqid edilib. Qeyd edilir ki, konstitusiya dəyişikliklərinə qarşı olanların fikrincə, bu dəyişikliklər iqtidarda olan Əliyev rejiminin avtoritar xarakterini daha da gücləndirəcəklər.

Bundan Başqa, Al Jazeera referendum mövzusuna dair yazıb ki, müxalifətin və insan haqlarını qoruyan qrupların düşündüyünə görə, dəyişikliklərin məqsədi  İlham Əliyevin daha da gücləndirilməsidir.

“Al Jazeera”-nın yazığına görə, keçən həftə “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı bildirib ki. Son10 ildə insan hüquqlarının dəhşətli vəziyyəti, müxalifət aktivistlərinin həbs olunması və siyasi müxalifətin qarşısını alması üçün bütün məsuliyyəti Prezident İlham Əliyev üzərə düşür.

Bundan əlavə, beynəlxalq xəbər agentliyi «Reuters» Konstitusiya referendumu ilə bağlı yazıb ki, Avropa müşahidəçilərə görə, ölkədə seçki prosesində fırıldaqçılıq hadisələri olublar.

Daha çox göstər
Back to top button