Beynəlxalq kütləvi informasiya vasitələrinə görə, Konstitusiya dəyişiklikləri Azərbaycanda monarxiya yaradacaqlar

Azərbaycanda 26 sentyabrda Konstitusiya dəyişikləri üçün referendum keçirilib. Referendum 2003-cü ildən bəri dövlət başçısı olan və anti-hökumət aksiyalarını vəhşicəsinə dayandıran İlham Əliyəv təşəbbüsü ilə keçirilib. Bu haqda İngilis xəbər agentliyi “BBC” məlumat yayıb.
Azərbaycan müxalifətinə görə, təklif olunan dəyişikliklər iqtidarda olan rejimin avtoritar xarakterini daha da gücləndirəcəklər və Əliyevə ehtiyac olanda iqtidarını öz 19 yaşlı oğluna ya da həyat yoldaşına ötürə bilər.
Qeyd edilir ki, referendum bu, neft hasil edən keçmiş Sovet Dövləti olan ölkədə müxalifət fəallarının həbs edildikdən sonra keçirilib. Prezident Əliyevin əsas opponentlərindən biri, Respublikaçı Alternativ hərəkatının (“REAL”) lideri İlqar Məmmədov və digər aktivistlər hələ həbsxanadadırlar.
“Bu referendumla prezodent Əliyev öz ailəsinin iqtidara gəlməsi üçün bütün maneələri təmizləyir”,-deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
Qeyd edilir ki, Əliyevlər ailəsi Azərbaycanda artıq 23 ildir iqtidardadırlar. Prezident Əliyev 2003-cü ildə iqtidarı atası Heydər Əliyevdən almışdı. Bu dəyişikliklər həyata keçirilirsə, 2018-ci ildə İlham Əliyev yenidən seçiləcək və 2025-ci ilə qədər iqtidarda olacaq.
BBC yazıb ki, “Korrupsiya, iqtisadi çətinliklər və neft gəlirlərinin azalması nəticəsində iş yerlərinnin itirilməsi əhalinin hökumətə qarşı narazlığını artıblar. Əgər referendumun nəticələri müsbət olarsa, prezident Əliyevin bütün bunları nəzarət etmək üçün daha çox gücə mailk olacaq”.