Təhlil

Davit Babayan: Artsax nə qədər güclü olursa, regionda sülh o qədər də sabit olacaq

Rəsmi Stepanakert öz təhlükəsizliyinin təmin edilməsi, regionda sabit və sülh təmin edən hərbi-siyasi gücü üçün her şeyə hazırdır. Bu haqda “АрмИнфо”-nun müxbiri ilə müsahibədə DQR Prezidentinin mətbuat katibi Davit Babayan Azərbaycan tərəfinin yüzlərlə vızıltı (“Zərbə” pilotsuz uçuş aparatı) almaya dair bəyanat ilə bağlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın belə bəyanatları gözlənilirdi, çünki o, indi özünü sakitləşdirməyə çalışır. “Azərbaycan görür ki, silah üçün milyonlarca dollar xərcləməsinə baxmayaraq, ragyonda hərbi-siyasi balansı davam etməkdədir və onlar belə bəyanatlardan başqa bir şey edə bilmirlər”,-deyə DQR Prezidentinin mətbuat katibi qeyd etdi.

Babayan Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən hərbi təlimlərinə toxunaraq dedi ki, bu təlimlər də özlərini sakitləşdirmək üçündür.

DQR Prezidentinin mətbuat katibi qeyd etdi ki, “hərbi təlimlərdə nümayiş etdirilən güc həç də onların üstünlüyünü göstərmir. Belə təlimlər yerində, regiondakı sabitliyini pozmadan, özlərini sakitləşdirə biliblərsə, yaxşı olardı. Regionda sabit və sülh təmin edən stabil hərbi-siyasi balansın qoruması çox önəmlidir. Biz nə qədər güclü olursaq, regionda sülh o qədər sabit olacaq”.

Babayan xatırlatdı ki, aprel ayında Azərbaycan düşünürdü ki, regionda güc balansı pozulmuşdu və hərbi macəraya getdi, lakin reallıq başqa idi. Beləliklə Azərbaycanın ciddi itkiləri olub (həm insan gücü, həm də hərbi avadanlıq itirdi). Bu qədər itki verdikdən sonra genişmiqyaslı hərbi əməliyyatlar başlatmadılar.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi naziri Yanvər Camalovun bildirdiyinə görə, ER Müdafiə Nazirliyi yüzlərcə “Zərbə” pilotsuz uçuş aparatı sifariş etdi. O, Yerevanda keçirilən paradda nümayiş edilən “İskender” raket kompleksi haqda dedi ki, Ermənistanda 500 km-dək uzaq məsafədə olan nöqtələri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malik olan “İskander-M” deyil, radiusu 200 km olan “iskender-E”dir. O, həmçinin bu ballistik raketlərin istismar müddətinin artıq bitmiş olduğunu bildirib. İlham Əliyev isə, “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılış tədbirində bildirib ki, hazırda Azərbaycan regionda ən böyük hərbi potensiala mailk ölkədir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button