
ER Xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Edvard Nalbandyan sentyabrın 27-də ABŞ-dakı Berkli Kaliforniya Universitetində çıxış edib. Bu haqda ER Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Ermənistan XİN rəhbəri öz çıxışında aprel ayında Azərbaycan tərəfindən Artsaxa qarşı töredilmiş təcavüzü və bunun nəticəsində yaradılmış vəziyyəti təqdim edib.
“Apreldə Azərbaycan, 1994-1995-ci illərdə imzalanmış atəşkəs rejimini kobudcasına pozaraq, Artsaxa qarşı planlanmış genişmiqyaslı hərbi əməliyyatlara başladı və bu ərzində aviasiya, ağır artilleriya və tanklardan istifadə edib. Bu hücumlər beynəlxalq insan hüquqlərinə zidddir və Bakının bu macərası müzakirələrə və sülh prosesinə ciddi ziyan vurub”,-deyə E.Nalbandyan qeyd etdi.
“Biz həmsədrləri ilə Azərbaycan tərəfindən başlanmış təcavüzün nəticələrini aradan qaldırmaq üçün çox səy göstəririk. Bunun üçün münaqişənin sülh yolu ilə nizamlanmasına inamın bərpa etməsi lazımdır. Biz bunu gücün istifadəsini istisna edərəq və sülh prosesini təşviq edən şəraitlərin yaradılmasında görürük. Əvvəlcə bu sammitlərdə əldə olunan razılaşmalarının həyata keçirilməsi lazım. Birincisi, 1994-1995-ci illərdə atəşkəs rejiminin üçtərəfli razılaşmalarının tam həyata keçirilməsi, ikincisi, atəşkəs rejiminin pozulmalarını araşdıran mexanizmlərin yaradılması və üçüncüsü, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndə ofisinin potensialının genişləndirilməsidir”,-deyə Nalbandyan vurğuladı.