Siyasət

Artsax Parlamentinin nümayəndə heyəti “Ermənistanın Avropalı dostları”-na və Flaman Parlamentini ziyarət edib

Artsax Respublikası Parlamentinin nümayəndə heyəti üç günlük işgüzar səfəri ilə Belçikaya gedib. Nümayəndə heyətinə Artsax Respublikası-Avropa Parlamenti dostluq qrupunun üzvləri, Parlamentin Xarici Əlaqələr komitəsinin sədr müavini Davit Melkumyan və deputat, “Dirçəliş” (Veratsnund) partiyasının rəhbəri Hayk Xanumyan daxildir.

DQR Parlamentinin mətbuat xidmətindən bildirirlər ki, 26 sentyabrda parlamentin nümayəndə heyəti Belçikada Daşnaksütyunun Avropadakı “Hay Dat” komitəsinin üzvləri ilə görüşüb.

Sentyabrın 27-də isə, nümayəndə heyəti üzvləri Avropa Birliyi Parlamentində AB-Ermənistan dostluq qrupunun sədri Eleni Teoxarus və üzvləri ilə görüşüblər.

Günortadan sonra, Avropa Parlamentində DQR Parlamentinin deputatlarının iştiraki ilə Artsax Respublikası-Avropa Parlamenti dostluq qrupunun iclası keçirilib. İclasa Avropa Parlamentində Artsax qrupunun rəhbəri Frank Engels başçılıq etdi.

Sonra isə, millət vəkilləri Hayk Xanumyan və Davit Melkumyan Avropa Parlamentində Qarabağ münaqişəsinə həsr edilmiş müzakirələrinə qatılıblar. Müzakirələrin natiqi xarici işlər naziri Karen Mirzoyan idi. Toplantıda AP deputatları və ekspertləri də iştirak ediblər.

Sentyabrın 28-də Artsax nümayəndə heyəti “Ermənistanın Avropalı dostları” təşkilatının ofisində təşkilatın rəhbəri Diogo Pinto və digər üzvləri ilə görüşüblər. Sonra isə, Artsax qrupunun üzvləri Flaman Parlamentinə səfər ediblər.

Axşam saatlərində nümayəndə heyəti Beçikada ER səfiri tərəfindən təşkil edilmiş və Ermənistan Respublikası Müstəqiliiyinin 25-ci ildönümünə həsr olunmuş tədbirə qatılıblar.

Daha çox göstər
Back to top button