Azərbaycan bütün vasitələrlə sülh prosesini pozmağa cəhd edir

“Azərbaycan Dağlıq Qarabağ və Ermənistan ilə imzalanmış 3 razılaşmanı da müntəzəm olaraq pozur”,-deyə Stanford Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunda “Dağlıq Qarabağ məsələsi: həll yaxındırmı” adlı çıxışla Ermənistan Respublikası Xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Edvard Nalbandyan bildirib.
“Bakı müzakirələr prosesinə ciddi şəkildə daxil olmur və əksinə, silah təhdidi əsasında müzakirələr etmək ilyüziyalarla öz hərbi imkanlarını gücləndirməyə çalışır. Bu silah təhdidi ilə keçirilən müzakirələrin bir nümunəsidir.
2015-ci ildə Azərbaycanın hərbi büdcəsi 4,8 milyard dollardı. Bu 2013-cü ildə Əliyevin iqtidara gəldiyində 30 dəfə daha çoxdu.
Biz xəbərdar etşmişdik ki, əgər silah varsa, bu şübhəsiz atəş açar. Və bu silah dəfələrcə atəş açdı. Son nümunəsi də, qeyd etdiyim kimi, aprel ayındaydı”.
E.Nalbandyan bildirib ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələri ABŞ, Fransa, Rusiya ilə birlikdə münaqişənin yalnız sülh yolu ilə həlli üçün çox səy göstərir. Bu formatda tərəflər bir neçə dəfə nizamlanmaya yaxılaşıblar, lakin son anda Azərbaycan, qayda olaraq, gəriyə addım ataraq prosesi pozdu.
Birisi, 2001-ci ildə olub. Fransa Prezidenti Şirakın aktiv iştirak etdiyi Paris prinsiplərinə uyğun olan müzakirələrdə Əliyev gəriyə addım atıb. Digəri isə, Rusiya Prezidenti Dmitri Medmedevin vasitəçiliyi ilə keçirilib müzakirələrdə, 2011-ci ildə Kazan sammitində Əliyev yenə də gəriyə addım atdı. Bunlar sadəcə iki nümunə idi, ama belə nümunələr daha çox var.
Qarabağ münaqişəsi hələ nizamlanmadı, çünki tərəflərdən biri, xüsusilə, Azərbaycan bütün vasitələrlə sülh prosesini pozmağa cəhd edir”,-deyə Edvard Naıbandyan vurğuladı.