BaşlıcaBeynəlxalq

Ermənistan və Gürcüstanın Xİ nazirləri siyasi məşvərətlər keçirib

Gürcüstanın XİN –də sentyabrın 28-də Ermənistan və Gürcüstanın Xİ nazirləri arasında birgə siyasi məşvərətlər keçirilib.

Erməni nümayəndələrinə ER Xİ nazirinin müavini Şavarş Koçaryan, gürcü tərəfinəsə Gürcüstanın Xİ nazirinin müavini Qiqi Qiqiadze başçılıq edib.

Bu haqda ER Xİ nazirliyinin mətbuat informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

Siyasi məşvərətlər ərzində tərəflər ikitərəfli siyasi münasibətlər və iki ölkələr arasında ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafına dair məsələlərin geniş dairəsinə toxunub.

Məşvərətlər gündəmində xüsusi diqqət transport, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşməsi üzərində cəmləşdirilib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivələrində əməkdaşlığın aktivləşməsinə dair məsələlərə geri dönmüş və beynəlxalq və regional çoxsaylı məsələlər ətrafında fikir mübadiləsini etmişlər.

Daha çox göstər
Back to top button