Bazilikada vilayət şurası yekdilliklə Erməni Soyqırımını tanımışdır

İtalyanın Bazilikada vilayət şurası(Consiglio Regionale della Basilicata) sentyabrın 27-də yekdilliklə Erməni Soyqırımını tanımış və erməni xalqına öz dəstəyini bildirmişdir.
Formulanın layihəsini müstəqil deputat Aurelio Paçe erməni icmasının xahişiylə təqdim edib.
Bu haqda ER Xİ nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Formulada qeyd edilir ki, Erməni Soyqırımı tarixinin reallığı çoxsaylı beynəlxalq təşkilatın, eləcə də 1919-cu ildə türk hərbi tribunası tərəfindən tanınılıb.
Sənəddə həmçinin qeyd olunur ki, erməni xalqının yaşandığı faciə barədə cəmiyyəti məlumatlandırmaq olduqca vacibdir.
Xüsusən gənc nəsli, oxşar faciələrin qarşısını almaq üçün məlumatlandırmaq məqsədə uyğundur.
Bazilikadanın vilayət şurası İtalyanın yerli özünüidarəçilik orqanları səviyyəsiylə Erməni Soyqırımının tanınılması məsələsində 108-ci şuradır.