Siyasət

Con Kerri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.

ABŞ Dövlət Departamentin rəsi saytının verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi  8-ci illik forumda deyib.

“Müasir dünyada Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, – deyə Kerri qeyd edib.

Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür”. “Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, – deyə ABŞ-ın dövlət katibi vurğulayıb.

“Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, – deyə Kerri əlavə edib.

Daha çox göstər
Back to top button