Die Welt:”Referendum İlham Əliyevin övladına hakimiyyətə gəlmək üçün yol açır”

Azərbaycanın prezidenti İlham Əliyevin baxışından qərbpərəst siyasi xadimi təsüratını hiss etmək olar.
“Lakin xarici baxışı çaşdırıcıdır. Əslində prezident İlham Əliyev Azərbaycanda dinastiya qurur.
O hər şey edir ki, onsuz da onun həddindən artıq zənginlik topladığı ailəsi bundan onra da hakimiyyətin sükanında qalsın”-deyərək
Yuliya Smirnova alman Die Welt qəzetinin səhifəsində yazıb.
Beləliklə, Əliyev referendum vasitəsiylə konstitusiya dəyişikliklərini irəliyə apardı ki, onlar da prezidentin hakimiyyətini hiss
ediləcək qədər möhkəmləndirəcəkdir.
İlkin məlumatlarla 91 % səs verilib. Xüsusən prezidentin səlahiyyətlərinin müddəti beşdən yeddi ilə keçir.Dövlət rəhbərinin parlamenti ləğv etməyə və növbədən kənar prezidentlik seçkisini keçirməyə ixtiyarı var.
“Referndum həmçinin İlham Əliyevin övladına hakimiyyət zirvəsinə yüksəlmək üçün yol açır.
İndi prezidentə namizəd olmaq üçün yaş həddi 35 yaşdan 18-ə enmişdir”- deyərək Smirnova davam edir: “ Hazırda 19 yaşlı Heydər Bakıda Beynəlxalq münasibətlər fakültəsində təhsil alır.
Bu günki halda balaca Heydər yalnız onunla tanınılır ki, 2010-cu ildə 11 yaşında olarkən The Washington Post qəzetinin məlumatlarına görə, artıq Dubayda 44 milyon dollarlıq təmtəraqlı hərəkatsız əmlakın sahibiydi.
Ondan başqa onun adı Azərbaycanın AtaHolding holdinqiylə əlaqədar “Panama sənədlərində” aşkar olunub ki, onun da banglarda və müxtəlif televiziya verlişlərində, inşaatçılıq və neft-qaz şirkətlərində adı hallanır.
Holdinqin xüsusi sahibkarları ofşorlarda gizlənib”-deyə məqalədə bəyan edilir.
2005-ci ildə Mossack Fonseca agentliyi Azərbaycandakı vəkildən elektron məktubunu almışdır hansı ki, AtaHolding-ə məxsus idi. O zaman 6 yaşlı Heydər kim ki, sənədlərdə necə “A1” olaraq qeyd olunub gərək 20% alaydı.
Onun bacıları Arzu və Leylasa 15 % almalıydı.
Prezidentin iki qızları Panama dosyesinə görə yenə bütün bir siyahiylə xüsusiyyət sahibi yaxud pay sahibidirlər.
Onların vasitəsilə əliyevlər Azərbaycanda məsələn qızıl hasilatına nəzarət edir.Ondan başqa ötən ildə OCCRP istintaqı çərçivələrində aşkar olunub ki, prezident ailəsinin Azərbaycanın nəhəng banglarında payı var.
2014-cü ilin başlanığıcında onların dəyəri 3 milyard dolar qiymətləndirilib. Həmçinin əliyevlərə bir inşaatçılıq şirkəti də mənsubdur ki, oradan çoxmilyonlu sifarişlər alır və həmçinin “Azərfon” adlanan televiziya şirkəti həmçinin”.
Bu haqda alman Die Welt qəzeti yazır.