Təhlil

Edvard Nalbandyan Vaşinqtonda apreldə Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüzünün nəticələrini təqdim etdi

Sentyabrın 29-da Xİ nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Edvard Nalbandyan Vaşinqtonun Karnegi İnstitutunda Ermənistanın xarici siyasəti ilə bağlı çıxış edib.

ER XİN informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, Ermənistan XİN rəhbəri ilə Karnegi İnstitutunun vitse-prezidenti Endryu Veysin sədrliyi ilə keçirilən iclasda ABŞ Dövlət Departamentinin, Milli Təhlükəsizlik Şurasının rəsmiləri, aparıcı analitiklər və Vaşinqtonda akkreditə olunmuş diplomatlar iştirak ediblər.

Edvard Nalbandyan öz çıxışında Ermənistanın xarici siyasətinin  prioritetləri, müstəqilliyin 25 il ərzində Ermənistanın keçdiği yolu, bir çox regional problemləri və onların həlli ilə bağlı Ermənistanın mövqəyini təqdim etdi.

ER XİN rəhbəri amerikalı aparıcı analitiklərə apreldə Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüzünün nəticlərini, bunların aradan qaldırılması üçün Ermənistan və ATƏT Misk Qrupunun həmsədr ölkələrinin səylərini, Qarabağ münaqişəsinin nizamlanma prosesinin hazırkı vəziyyətini, danışıqlar prosesində inkişaf təmin etmək üçün gərəkən şəraitlərin yaradılması məqsədilə Vyanada və Sankt-Peterburqda keçirilmiş zirvələrində əldə edilən razılaşmaları, Azərbaycanın dağıdıcı davranışı və razılaşmalardan imtina cəhdlərini təqdim etdi.

Edvard Nalbandyan iştirakçıların suallarına cavab verərək aprel müharibəsi ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn kobud pozuntularına, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyüna, Ermənistan-Avropa Birliyi əməkdaşlığına və Ermənistan-İran münasibətlərinə də toxundu.

Daha çox göstər
Back to top button