
MO 2016-cı ilin tədris ilində döyüş hazırlığı planına əsasən MO birləşmələrindən birinin komandiri, polkovnik Calal Harutunyanın rəhbərliyiylə sentyabrın 26-29-da piyada batalyonun döyüş taktiki təlimləri keçirilib.
“ Döyüş növbətçiliyini həyata keçirən qoşun bölmələri tərəfindən rəqibin hücumedici dəstələrinin geriyə çəkilməsi, müdafiə döyüşünün aparılması gücləndirilmiş artileriya alyları tərəfindən hücuma keçməyi və rəqibin çaşqınlıq içərisində peyda olunması taktikası və ön xəttin bərpa olunması” mövzusunu daşıyıb.
Hərbi təlimdə Cənub istiqamətində yerləşdirilən qoşun bölmələrindən birinin tabelitində olan bir batalyon gücləndirilmiş tanklarla,piyada və atıcı qoşun bölmələriylə birlikdə cəlb olunmuşlar. Məqsəd, iştirak edən komandanların cəbhənin müxtəlif növlərində qoşun bölmələrinin qabiliyyətlərini və bacarıqlarını nəzərdən keçirmək və həmçinin onlar tərəfindən qərarlar qəbul etmək,
hücum zamanı döyüşün aparılması, qarşılıqlı anlaşmanın daima təmini qabiliyyətini yoxlamaq olub.
Hərbi təlimlərin sonunda birləşmə komandiri hərbi oyunlarda iştirak edən şəxsi heyəti təbrik etmişdir. Daha çox gözə çarpan hərbiçiləri isə təşəkkürnamələrlə, fəxri fərmanlarla, əlaçılıq döş nişanıyla təltif etmiş,bəzilərini isə məzuniyyətə göndərəcəklərini bildirmişdir.