BaşlıcaBeynəlxalq

Erməni əsilli olduğu üçün Bakı məhbəsində RF vətəndşının bacısı change.org-da imza toplanışına başlayıb

Artıq dörd aydır ki, Bakı məhbəslərindən birində saxlanılan RF vətəndaşının bacısı Marat Ueldanovun bacısı change.org saytında qardaşını həbsdən azad etməklə bağlı “Rusiya öz vətəndaşını müdafiə et” sərlöhvəsiylə RF hakimmiyyətlərinə istiqamətlənmiş imza toplanışına başlayıb.

Verilən məlumata görə o RF XİN Serqey Lavrova özü tərəfindən həmin müddətdə atılan addımları təqdim edərək ümidvar olduğunu bildirib ki, Lavrov həmin məsələdə ona yardım edəcək.

Mariana Mirzoyan xüsusən qeyd edib:

“Artıq 3 ay və 20 gündür ki qardaşım Marat Ueldanov Bakı məhbəslərindən birində saxta təqsirləndirməylə saxlanılır.Avqustun 30-da Bakıda RF səfirliyinə o xahişlə müraciət etmişdim ki, bir dəfə də qardaşıma baş çəksinlər.

İlk dəfə onlar iyulun 28-də həbs edildikdən 50 gün sonra getmişdilər. Həmin müddətdən etibarən Bakıda RF səfirliyi Azərbaycanın icazəsini gözləyir.

QXBK nümayəndəri qardaşıma bir neçə dəfə baş çəkiblər və onun üçün qardaşım Marat onlardan çox razıdır. Təkid etmişəm və yenə təkidimi davam edirəm ki, mənim qardaşım günahkar deyil.

Səfirliyin rəsmi məktubunda deyildiyi kimi qardaşım protokollar imzalayıb, bununla belə ona irəli sürülən təqsirləndirməni qəbul etmir. Oxşar alçaldılmalara və təhqirlərə məruz qalmaqla qardaşım Marat hətta həmin amildə özünü günahkar hesab etməyib”-dyərək o yazıb.

Həbs olunmuşun bacısı dəfələrlə Bakıda RF səfirliyinə, eləcə də Rusiyanın XİN-ə müraciət edib, lakin hələlik, konkret rəsmi Rusiya tərəfindən qardaşının azad edilməsi istiqamətində hansı vasitələr əldə olunur sualına hər hansısa cavab almamışdır.

Marat Ueldanov – Qalstyanı iyunun 9-da Azərbaycanın cinayət Məcəlləsinin xeyli yayılma tapmış 234.4.3 maddələriylə həbs ediblər ki, o da böyük miqdarda narkotik madələrin,onun qeyri-qanuni hazırlanması, istehsal olunması, əldə olunması, saxlanılması, daşıntısını özündə əks edir.

Daha öncə Mariana Mirzoyan bizimlə söhbətində qeyd etmişdir ki, qardaşının haçansa narkotik maddələrlə heç bir əlaqəsi olmamışdır.Ueldanov-Qalustyan Avstriyanın «Do&Co» şirkətinin əməkdaşıdır, hansı ki, xarici ərzaq mallarının təşkiliylə məşğul olur və Bakıya ezamiyyətə getmişdir.

Daha çox göstər
Back to top button