Marina Grigoryan: “Artsax 2016: Aprelin ikinci günü” filmində göstəriləcək ki, bu cinayəti Azərbaycan Silahlı Qüvvələri diqqətlə hazırlanmışlardı
“Adi soyqırım” layihənin müəllifləri yaxın zamanlarda iki yeni çalışmanı təqdim edəcəklər. Aysor.am ilə müsahibədə layihə rəhbəri Marina Grigoryan bildirib ki, “Yüzillik sürən soyqırım. Bakı faciəsi şahidlərin ifadələrində” adlı ilk kitabı dərc olunacak. Kitabda hazırda ABŞ-da yaşayan 50-yə yaxın Bakı ermənilərinin xatirələri yazılıb. Bundan başqa, artıq bir neçə dillərə tərcümə edilmiş film hazırdır. Film 4 günlük aprel müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülmüş Artsaxın Nerkin Çartar kənd sakini 12 yaşlı Vağarşak Grigoryana həsr edilmişdir.
M.Grigoryan: “Bakı faciəsi şahidlərin ifadələrində” kitabı layihəmizin əsas mövzulardan biridir – Bakıdakı 240 min ermənilərin talələri. 2015-ci ilin yanvar ayında biz eyni adla olan sənədli filmi də təqdim etdik. Bu filmi isə, Osmanlı İmperiyasında (Türkiyə) töredilmiş Erməni Soyqırımının 100-cü və Bakıdakı ermənilərin soyqırımının 25-ci ildönümünə həsr edildi. Beləliklə də, erməni xalqın bu iki faciəsi arasında olan qırılmaz əlaqə daha da vurğulayır. Bu qədər il sonra şahidlərin ifadələri ilk dəfə film və kitab olaraq təqdim edilərək nəsillər üçün saxlanıblar.
“Biz aprel mövzusuna da toxunduq və bu barədə bir sıra film hazırlamasının qərarına gəlmişik. Region o günlərdə DQR Martuni rayonunun Nerkin Çartar (Aşağı Çartar) kəndində öldürülmüş məktəblinin qətli ilə şok yaşadı. Uşaq məktəb istiqamətində açılmış atəşdən ölümcül yaralanmışdı. Film belə də adlandırılıb – “Artsax 2016: Aprelin ikinci günü”. Filmdə Vağarşak Grigoryanın ailəsinin, ağır yaralanan və möcüzə ilə sağ qalan dostlarının, kənd sakinlərinin, hadisə şahidlərinin və hərbi ekspertlərin ifadələri toplanıblar. Uşaqlar və böyüklərin hekayələri görtərirlər ki, Azərbaycan Silahlı Qüvvələri bundan əvvəl regionu pilotsuz uçuş aparatlarla izləyib cinayəti diqqətlə hazırlanmışlardı. Regiondakı məktəblərə iri çaplı 4 snaryad atıblar. Yaxşı ki, uşaqlar səhər fizzaryadkaya gec qalıblar, lakin uşaqlardan biri ölümcül yaralanıb. Əgər bu patlayış bir neçə dəqiqə sonra olsaydı, ölənlərin sayı daha çox olardı”,-deyə layihə rəhbəri qeyd etdi.