Siyasət

Uorlik: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

Bunu öz “Twitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

“Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək”, – deyə Ceyms Uorlik bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ Münəqişəsindən danışarkən qeyd etdi ki, Ermənistan və Azərbaycan liderləri  Qarabağ məsələsinin nizamlanmasına hazır deyil.

Daha çox göstər
Back to top button