Beynəlxalq

Ermənilərə qarşı zorakılığa təhrik etməsi üçün Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbərinə qarşı cinayət işi açılıb

Hollandiya prokurorluğu ermənilərə qarşı şiddəti təşviq etməsi üçün cinayət işi açmaq niyyətindədir. Bu haqda Hollandiyadakı erməni cəmiyətinin mətbuat orqanlarında deyilir. Məlumata görə, Haaqa prokurorluğu ermənilərin şikayəti əsasında belə bir qərara aldı. Xüsusilə Haaqa sakinləri ermənilərə qarşı zorakılığa təhrik etmək üçün prokurorluğa ifadə verməyə çağırılıblar.

Prokurorluğun bəyanatına görə, 2014-cü il iyunun 1-də Hollandiyanın Almelo şəhərində türklər tərəfindən keçirilən mitinqdə şübhəli öz çıxışında söz azadlığı hüququnu pozub. Bu, Erməni Apostol Kilsəsi ərazisində Osmanlı İmperiyasında törədilmiş Erməni Soyqırımı abidəsi tikməyə etiraz mitinqi idi. Prokurorluqda əmindirlər ki, onun “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsi cinayət əməli kimi qəbul edilə bilər, çünki bu etnik mənsubiyyət əsasında ermənilərə qarşı şiddəti təşviq edir.

Bundan başqa, “Взгляд.аз” xəbər verir ki, Hollandiyada ermənilərə qarşı zorakılığa təhrik edən şəxs Azərbaycan-Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkındır. O, prezident İlham Əliyev tərəfindən bu ildə “Tərəqqi” medalına layiq görülmüşdü.

Daha çox göstər
Back to top button