Ekonomika

Natiq Cəfərli: «2017-ci ildə iqtisadi aktivlik daha da azalacaq»

2017-ci il büdcəsinin ilkin rəqəmləri göstərir ki, 2017-ci ildə iqtisadi aktivlik daha da azalacaq, deyə iqtisadçı Natiq Cəfərli hesab edir.

Եkspert «Facebook» səhifəsində qeyd edib ki, investisiya xərclərində bu illə müqaisədə 38% azalmaya diqqət yetirmək lazımdır.

«Son illərdə iqtisadi modelimizdə büdcə-investisiya xərcləri iqtisadi aktivliyin əsas hərəkətverici qüvvəsi idi. İndi məhz bu sxem dağılıb. Gələn il bu xərclərin 38% azalması, iqtisadi aktivliyi quyunun lap dibinə salacaq», deyə Natiq Cəfərli hesab edir.

Daha çox göstər
Back to top button