Beynəlxalq

Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün beynəlxalq birliyin köməyinə ümid edir

Roma Papası Fransisk oktyabırın 2-də Azərbaycanda hökümət, ictimai təşkilatlarının nümayəndələri və diplomatlarla götüşdə Dağlıq Qarabağ münəqişəsinin həllinə toxunub.

Roma Papası Qarabağ məsələsində beynəlxalq birliyin köməyinə ümid edir. Bu haqda Azərbaycan KİV-ləri bildirir.

“Ümid edirəm ki, beynəlxalq birlik zəruri köməyi davamlı etmək vəziyyətində ola bilər. Əminəm ki, Tanrının köməyi və cəlb olunmuş tərəflərin xeyirxah iradəsi ilə Qafqaz mübahisə və fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll edilərək aradan qaldırılacağı yer olacaq” deyə Papa bəyan edib.

Səfər zamanı Roma Papası Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinə ayın mərasimi keçirib, sonra isə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. Xatırladaq ki, Roma Papası Fransiskin Azərbaycana səfəri qısa sürüb və həmin gündə Müqəddəs Taxt-Tacın rəhbəri Vatikana qayıdıb.

Daha çox göstər
Back to top button