Karen Karapetyan: Ermənistan beynəlxalq bazarına turizmin yüksək keyfiyyətli xidmətlərini təklif edə bilər

ER Baş naziri Karen Karapetyan BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Baş naziri qeyd etdi ki, Ermənistanın turizm sənayesinin inkişafı üçün potensialı var və beynəlxalq turizm bazarına müxtəlif turizm məhsul və yüksək keyfiyyətli xidmətlərini təklif edə bilər. “Turizmin inkişafına böyük əhəmiyyət veririk və turizm cəlbediciliyini artırmaq üçün müvafiq tədbirlər görməliyik, ki Ermənistan öz zəngin tarixi və mədəni irsi ilə dünyada daha da tanınan olar. Biz sektorunun davamlı inkişafını təmin etmək üçün əməkdaşlığa və addım atmağa hazırıq”,- baş nazir bildirərək əlavə etdi ki, turizm sahəsində dövlət siyasətinin məqsədi turizm ivestisiyalarla milli gəlirin və regional inkişafının artırılmasıdır.
Karen Karapetyan qeyd etdi ki, turizm sektorunun inkişafı hökumətin prioritet istiqamətlərindən biridir və hökumət turizm inkişafı ilə məşğul olan ayrı komitənin yaradılması üçün struktur dəyişikliklərinə start verib.
Baş nazir komitənin beynəlxalq turizm təşkilatları ilə əməkdaşlığın vacibliyini vurğulayıb və bu məsələdə BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi gözlənilir.
Taleb Rifay bildirib ki, ER Hökumətinə bu məsələdə və məsləhət xidmətlərinin təmin edilməsində yardım etməyə hazırdır. Sektoruna yeni təkan vermək üçün isə, Taleb Rifay vurğulayıb ki, dövlət- özəl sektor sıx əməkdaşlığının və regional əməkdaşlığının genilləndirməsi lazımdır.