Siyasət

Azərbaycan polisi Talış dindarlarını həbs etdi

Oktyabrın1-də Lənkəran şəhərində Azərbaycan təhlükəsizlik qüvvələri Talış din xadimlərini həbs etdilər. Ümumilikdə 20-ə yaxın dindar həbs edilib. Bu haqda “Талыш.инфо” məlumat verib.

Qeyd edilir ki, həbs olunanlardan dörd nəfərinə inzibati qaydada 15 sutka həbs cəzası verilib.

Yaxınlarının verdiyi məlumata görə, dindarların həbsi qarşıdan gələn Aşura günü ilə bağlıdır. Onlar bildirir ki, polis bu yolla dindarların Aşura mərasimini əngəlləməyə çalışır.

Qeyd edək ki, Talışlar regiondakı İran dilli və yerli şiə xalqıdır. Azərbaycanda talışların sayı rəsmi mənbələrdə 87 mindir, lakin həqiqi sayı daha çoxdur. Azərbaycan türkləri tərəfindən bu xalqının assimilyasiyasını davam etmək məqsədilə bu məlumatlar gizlənirlər. Talışlar özləri də Azərbaycanda onların sayı barədə müxtəlif məlumatlar verirlər (1,5 milyona qədər).

1993-cü ildə polkovnik Əlikram Hümbətov tərəfindən talışların yaşadığı Azərbaycan 7 rayonu daxil edən Talış-Muğan Muxtar Respublikası təsis edilmişdi. Lakin Azərbaycan hökuməti bu  muxtariyyəti qəbul etmədilər. Hümbətov həbs edilərək ölüm cəzasına məhkum olub. Sonra isə, Avropa Şurasının təzyiqi altında vətəndaşlığından çıxarılıb və ölkədən qovulub. 2010-cu il yanvar aynında Hümbətov  İranın dini lideri ayətullah Xamneyiyə məktub göndərib və İrandan talışların hüquqlarını pozan və assimilyasiya siyasəti aparıl Azərbaycan hökumətinə qarşı dəstək istədi.

Daha çox göstər
Back to top button