Beynəlxalq

Səfir: Almaniya DQ üzrə danışıqlar prosesinin bərpa edilməsinə səylər göstərir

Almaniya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. “Armenpress”-in verdiyi məlumata görə, bu haqda report.az ilə müsahibədə Azərbaycanda Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab bildirb.

Diplomat vurğulayıb ki, “Biz, ATƏT-in Minsk Qrupunun üzvü olaraq, danışıqlar prosesinin yeniden bərpa edilməsi üçün çox səy göstəririk.

Kindsqrab Almaniya Xİ naziri Frank-Volter Ştaynmayerin, ATƏT- in sədrlik edən ölkə nümayəndəsi olaraq, Yerevan və Bakıya etdiyi səfərləri də xatırlatdı.

“O zaman nazir münaqişənin nizamlanmasına dəstəkləmə ilə bağlı öz mövqeyini aydın şəkildə ifadə etdi. Status-kvonun saxlanması qəbuledilməzdir. Danışıqlar prosesinin yeniden bərpa edilməsi və sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərlə həmişə əlaqəmiz var”,-deyə səfir əlavə etdi ki, gərginliyin azaldılması istiqamətində də çalışırlar.

Daha çox göstər
Back to top button