The Guardian: Dünyada neftin ucuzlanması səbəblə Bakının gözəl “fasadı” çökməyə başlayıb

Dünyada neftin ucuzlanması səbəblə Azərbaycan paytaxtı Bakının fasadı çökməyə başlayıb. Bu haqda “The Guardian” saytı yazıb. Bu ölkədəki iqtisadi böhranın fonunda keçən həftə vətəndaşlar Azərbaycan Konstitusiya dəyişilklikləri üzrə keçirilmiş referendumda səs veriblər. Məlumata görə, bu dəyişikliklər prezident İlham Əliyevin hakimiyyətini gücləndirmək istiqamətində idi.
“The Guardian” yazıb ki, “Bu plebisit Azərbaycan hökumətinin təcavüzkar siyasətinin son təzahürü və onların insan hüquqlarını təmin etməyən hakimiyyətinə təhdid olan iqtisadi böhrana cavabı idi”.
Xatırlatılır ki, referendum ərəfəsində hökumət müstəqil jurnalistlərə və dissidentlərə qarşı repressiyanın yeni dalğasını intensivləşdirib. Beləliklə, BMT-nın İnsan Hüquqları məruzəçisi Michel Forst Azərbaycanda olanda bildirib ki, bu ölkənin vətəndaş cəmiyyəti “iflic” vəziyyətindədir və 1991-ci ildə müstəqillik əldə etdikdən bəri insan hüquqlarının durumu daha da pis olub.
Azərbaycan iqtidarının ali eşelonlarındakı korrupsiyanı ifşa edən, jurnalistikanın “partlayıcı” istintaqlarının müəllifi 2014-cü ildə saxta ittihamlarla həbs olunan Xədicə İsmayılova tərəfindən azad edildikdən sonra yazılmış və “The Washington Post”-da nəşr edilmiş məktubda qərb liderlərinə Azərbaycan hökumətinin siyasi məhbusları “kozır” kimi istifadə etməsinə imkan verməyə çağırıb. Onun sözlərinə görə, insan haqları barədə hökumətin addımları beynəlxalq maliyyə institutlarından kreditlər ala bilmək üçün bir imitasiyadır.
Digər keçmiş siyasi məhbus Hilal Məmmədov də öz düşüncələrini ifadə edib. Riyaziyyat professoru, talış əsilli və Azərbaycanda talışların hüquqlarını müdafiə edən, talış qəzetin redaktoru Hilal Məmmədov YouTube-də talışların mahnını paylaşdıqdan sonra həbs olunub.
Məmmədov özlərini “kozır” kimi istifadə edildikdən qorxar: “Mən qorxuram ki, Avropa insan haqlarını əməllərlə deyil, sözlərlə müadfiə edir. Siyasi məhbuslar bu oyunun bir hissəsidir və biz bu güclərin əlində sadəcə bir vasitəyik”.