BaşlıcaSiyasət

ER Prezidenti BMT-nin İnsan Hüquqları müddəalarına uyğun olaraq hazırlanmış bürünc göyərçinlə mükafatlandırıldı

ER Prezidenti Serj Sarkisyan Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Johannes Zinghammerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Serj Sarkisyan Ermənistan-Almaniya ikitərəfli münasibətlərinin gücləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Tərəflər Ermənistan-Almaniya arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin gücləndirilməsi və genişləndirilməsində parlamentlararası əməkdaşlığın inkişafına da böyük əhəmiyyət veriblər.

ER Prezidenti məmnuniyyətlə qeyd etdi ki, son zamanlarda Bundestaq deputatları yalnız Ermənistana deyil, Dağlıq Qarabağa da səfər edirlər və münaqişəsi ilə yaxıdan tanış olurlar. Serj Sarkisyan Erməni Soyqırımı qınanmaq məsələsində Almaniyanın mövqəyini də yüksək qiymətləndirdi.

Tərəflər ER-Aİ əməkdaşlığına da toxunublar. Dövlət Başçısı vurğulayıb ki, ER üçün Avropa İttifaqında yüksək rolu olan Almaniyan kimi bir ölkə ilə əməkdaşlığı çox əhəmiyyətlidir. Prezident Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmizə Almaniyanın dəstəyi üçün də təşəkkür etdi.

Görüş zamanı beynəlxalq cari məsələlərə və sülhə təhdid edən problemlərə də toxunublar. Bundestaq deputatı Kristian Haze ER Prezidentinə BMT-nin İnsan Hüquqları müddəalarına uyğun olaraq hazırlanmış 29 bürünc göyərçinlərdən birini verib. Göyərçin sülh və xüsusilə də dini azadlıqlar üçün mübarizə edən siyasi xadimlərə verilir. Deməli ki, keçmişdə bu mükafata Roma Papası Bendekt 16, Dalay Lama, Mixail Qorbaçov, Bundestaqda Almaniya kansleri Angela Merkel, CDU / CSU Məclis Qrupu Volker Kaudere layiq görülüblər.

Daha çox göstər
Back to top button