Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir
Azərbaycan ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair etdiyi bəyanatlar ilə bağlı narazılığını bildirib. APA-nın məlumatına görə, bu haqda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
“ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində liderlərin hazır olmadığına dair bəyanatı bizi təəccüblənir”,-deyə Məmmədov bildirib ki, Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir.
ABŞ dövlət katibi Con Kerri sentyabrın 29-da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şəraitlər yaratmaq lazım və müasir dünyada belə bəzi soyudulmuş münaqişələr var, o cümlədən də Qarabağ məsələsi, lakin münaqişənin həlli üçün bir imkan görülmür, çünki liderlər münaqişənin həllinə hazır deyillər”.