Erməni Soyqırımı

Paris Bələdiyyə başçısı Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdi

Paris Bələdiyyə başçısı Ann İdalgo Tsitsernakaberddə Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdi. “Armenpress”-in verdiyi məlumatlara görə, Paris Bələdiyyə başçısını Yerevan bələdiyyə sədrinin müavini Kamo Areyan və  ER-da Fransanın fövqəladə və səlahiyyətli səfiri Jan-Fransua Şarpantye müşayiət etdilər. Paris Bələdiyyə başçısı ilə bələdiyyə məclis üzvləri də Tsitsernakaberdi ziyarət ediblər.

Ann İdalgo və Paris bələdiyyə məclis üzvləri Soyqırım qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoyduqdan sonra Erməni Soyqırımının muzey-institutuna gediblər. Sonra isə, Paris Bələdiyyə başçısı Erməni Soyqırımı muzey-institutunun ziyarətçilərin xatirə kitabında not yazıblar.

O jurnalistlərlə müsahibədə bildirib: “Bəşəriyyət öz tarixini ehtiramla yad etmədən irəli gedə bilməz. Bəşəriyyət həqiqəti qəbul etməli və tanımalı. Beləliklə də irəli gedməyə, inkişaf olmağa imkan olur. Mənim bu yazım bəşəriyyətə həqiqəti qəbul edərək Soyqırımı tanıma çağırışıdır. Çox ölkələrdə bu proses bitmişdir. Fransa da artıq bunu edib və ordumuza yeni ölkələrin daxil olmasını istəyirik”.

Paris Bələdiyyə başçısı Tsitsernakaberddəki xatirə xiyabanında ağac əkdi.

Daha çox göstər
Back to top button