Davit Babayan: Müharibə olsa, biz tarixi sərhədlərimizi yenidən bərpa edəcəyik

DQR Prezidentinin mətbuat katibi Davit Babayan newsbook.am ilə müsahibədə torpaqların verilməsinə dair suala cavab olaraq dedi ki, “Bu məsələ daha çətindir, çünki torpaq problemləri var və Azərbaycan bunu həmişə irəliləyir. Lakin bizim də torpaq məsələlərimiz var. Amma hazırda problemimiz torpaq məsləsi deyil, sərhədlərin aydınlaşdırılma məsələsidir. Məsələn Şahumyan, Getaşen, Çardaxlı kimin və harda olmalı.
Bu çətin bir problemdir və torpaq məsələsi yalnız Azərbaycanın deyil. Lakin aydındır ki, onların əsas məqsədi keçmiş Azərbaycan SSR sərhədlərinin bərpa edilməsidir. Bu isə, yalnız yeni müharibə olduğu zaman reallaşa bilər, lakin müharibə olsa, biz tarixi sərhədlərimizi bərpa edərik. Dəqiq desək, sərhədlər ilə bağlı danışırkən qeyd olunmalıdır ki, nizamlanması hərtərəfli olmalıdır, Artsaxın müstəqilliyinin tanınması mövzusunda isə, heç bir alternativ yoxdur, çünki Azərbaycan müstəqilliyini artıq əldə etdi. Beləliklə, heç kim öz müqəddəratını təyin etmək xalqların hüququna müdaxilə etmək hüququna malik deyil”.