Təhlil

Farmanyan AŞPA-da Azərbaycan xeyrinə siyasi fəaliyyət göstərən şəxslə bağlı məsələni qaldırdı

Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyasının siyasi qrupunun ixlasında AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyan eyni partiyanın keçmiş prezidenti Azərbaycan xeyrinə siyasi fəaliyyət göstərməsində günahlandırılan Luka Volonte ilə bağlı məsələni qaldırıb. “Armenpress”-in verdiyi məlumata görə, deputat bu barədə öz facebook hesabında yazıb.

“AŞPA Avropa Xalq Partiyasının siyasi qrupunun iclasında eyni partiyanın keçmiş prezidenti Luka Volonte ilə bağlı məsələni qaldırdım. O, Milan prokurorluğu tərəfindən 2012-2014-cü illərdə Azərbaycan xeyrinə siyasi fəaliyyət göstərməsində günahlandırılıb. Bu isə, avropalılar gözündə AXP siyasi ailəsinin nüfuzunu ləkələyir. Bu məsələ ilə bağlı AXP sədri Jozef Dol da maraqlanıb”,-deyə Farmanyan yazıb.

Daha çox göstər
Back to top button