“Human Rights House Foundation” əməkdaşı: “Prezident Əliyev ölkəni daha da avtoritar şəkildə idarəedir”

Norveç “Aftenposten” qəzetində yayınmış Azərbaycanda insan hüquqlarının pozulmalarına dair məqalədə yazılır ki, Azərbaycan iqtidarı üçün “böyük idman hadisələri- bir qrimdir”. Məqaləyə görə, oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Norveç futbol matçı olub. Qeyd edilir ki, bu ölkəni iki həftə əvvəl BMT-nin İnsan Hüquqlarının müstəqil xüsusi məruzəçi Michael Forst tənqid etdi. O, insan hüquqlarını qoruyanlara və fəallara qarşı iqtidarın siyasətinə xüsusi diqqət ayrılırdı.
Məqaləyə görə, 2014-cü ildə Azərbaycanda Avropa Oyunlarının başlamasına bir il qalırdı ki, hüquq müdafiəçiləri rekord sayda həbs olundu. “Bundan sonra vətəndaş cəmiyyəti tamamilə iflic qaldı”,-deyə “Human Rights House Foundation”-un əməkdaşı Ane Tüsvik Bunde bildirib.
Qeyd edilir ki, korrupsiya iddiaları ilə bağlı olan prezident İlham Əliyev idman tədbirlərinə böyük stavkalar edir.
“Hazırda belə bir tendensiya var ki, avtoritar rejimilərdə mədəni və idman tədbirlərə böyük stavkalar verirlər. Bu isə, ölkədə və xaricdə öz müsbət imicini yaratmaq üçündür. Azərbaycan bu baxımdan yaxşı bir nümunədir”. Bu barədə “Aftenposten” ilə müsahibədə Norveçdəki “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının baş katibi Yon Egenes bildirib.
Onun sözlərinə görə, dünyada bu adətən insan hüquqlarının pozulması, korrupsiya və hakimiyyətdən sui-istifadə üçün tənqid olunan “iqtidarın parlaq imici” yaratmaq üçün istifadə edilir.
Lakin neft qiymətinin azalması ciddi iqtisadi nəticələrə gətirib və beləliklə ölkə daxilində kütləvi etirazlara səbəb olan çörək qiymətlərinin artımı olub. “İndi Avropa oyunları və “Formula-1” kimi tədbirlər üçün çox pul xərclənir və bu xalqda böyük ətirazlara səbəb olur”,-deyə Ane Tyusvik Bunde əlavə etdi ki, prezident Əliyev ölkəni getdikçə daha avtoritar şəkildə idarəedir.