BaşlıcaBeynəlxalq

İran saytı: ”İranlılara viza ayırmağa dair İlhjam Əliyevin verdiyi vəd yerinə yetirilməyib”

“İran vətəndaşlarına viza verilməsinə dair İlham Əliyevin verdiyi vədə əməl olunmur”-bu haqda İranın “Qafaqz.ir” saytı məlumatlandırıb.

İran mənbəyinin verdiyi məlumata görə cari ilin avqustunda Bakıda keçirilən İran və Azərbaycan prezidentlərinin birgə mətbuat icmalı zamanı İlham Əliyev bəyan etmişdir ki, iranlılara viza verilməsi məsələsi asanlaşdırılacaq.

“Lakin iki ay sonra aparılan araşdırmalar dəlalət edir ki, iranlılara asanlaşma qaydasıyla hava limanında viza verilməsi istiqamətində hələlik heç bir addım atılmayıb”-deyərək İran saytı məlumatlandırıb.

Qeyd edək ki, İranın prezidenti Hasan Rohaninin Bakıya etdiyi səfərindən bir neçə gün əvvəl Azərbaycanda İranın səfiri elan etmişdir ki, iki ay ərzində Azərbaycan İranın vətəndaşları üçün viza rejimini ləğv elan edəcəkdir.

Bəzi İran mənbəələri hətta yazmışlar ki, bu haqda Bakı İranın prezidenti Rohaninin səfəri zamanı bəyan edəcək.

Bununla belə bu olmadı.

Səfərin ertəsi günü Azərbaycanda İranın səfiri İranın “İRİB” informasiya agentliyinə verdiyi müsahibədə deyib ki, İran və Azərbaycanın arasında viza rejiminin ləğviylə bağlı məsələ müzakirə olunmur.

Səfir aydınlaşdırmışdır ki, ləğv etmək əvəzində Azərbaycan viza verilməsi qaydasını asanlaşdırıb.

O, əlavə edib ki, Azərbaycan hökuməti oxşar qərar qəbul etmək üçün gərək əvvəlan Məclis tərəfindən qanunda müvafiq dəyişikliklər edilsin.

Qeyd edək ki, artıq bir neçə ildir ki, İran Azərbaycan vətəndaşları üçün birtərəfli olaraq viza rejimini ləğv etmişdir.

Daha çox göstər
Back to top button