Siyasət

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini: “Xalqa edilən zülmlərə görə İlham Əliyevin aqibəti Qaddafi-dən betər olacaq”

Azərbaycanda oktyabrın10-da “Nardaran işi” üzrə növbəti məhkəmə prosesində 2015-ci il noyabrın 5-də dindarlar və polis  arasında baş verən qarşıdurma ilə bağlı zərərçəkənlər və şahidlər ifadə veriblər. Şahidlərin sözlərinə görə, onlar həbs olunduqdan sonra Azərbaycan şiə lideri, “Müsəlman birliyi” hərəkatının sədri Taleh Bağırzadənin əleyhinə ifadə vermək məcburiyyətində qaldılar. Bu haqda “Кавказский узел” məlumat verib.

Məlumatlara görə, məhkəmə salonunda yerlərin məhdud olduğu ilə bağlı məhkəmə prosesinə yalnız şübhəlilərin yaxın qohumları, Qərb dövlətləri səfirliklərinin əməkdaşları və  jurnalistlər qatıla bildilər.

Yalçın İmanovun hüquqşünasının sözlərinə görə, 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin binasının qarşısına “Müsəlman birliyi” hərəkatının sədr müavini və “Həzrəti Abbas” məscid qulluqçusu Elçin Həsənovun həbsinə aydınlıq gətirilməsini tələb edən dindarlar toplaşmışdı. Qarşıdurma zamanı onun polis sipəri sındırılıb.

Vəkil sözləri ilə şahidlərindən biri xəbər verib ki, dindarlara qarşı  rezin güllələrdən atəş açıblar. Anar Əliyev deyib ki, “Bizim əllərimizi qandallayıb döşəməyə yıxdılar və tapdalamağa başladılar. Nardaran hadisələrindən sonra “bandotdel”də işgəncələr başladı. Bədənimizə cərəyan buraxırdılar. Talehin əleyhinə ifadələr almaq istəyirdilər və valideynlərimizi təhdid ediblər”.

“Turan” xəbər agentliyinin verdiyi məlumatlara görə, “Nardaran işi” üzrə  ittiham olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı da var. O, dövlət əleyhinə çağırışlarda, dini nifrətin qızışdırılmasında, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur. Əslində isə F.Qəhrəmanlı özünün Facebook səhifəsində nardaranlılara müraciət edərək onları öz hüquqlarını müdafiə etməyə çağırmışdı.

Bundan başqa qeyd edilir ki, Anar Əliyev, vəkillərin suallarının cavabında deyib ki, Taleh Bağırzadə heç zaman çevriliş haqda danışmayıb, əksinə, insan hüquqlarının qorunmasının vacibliyini bildirib. “Məqsədimiz Azərbaycanda həbsdə olan  demokratiyanı azad etməkdir”,  – A.Əliyev vurğulayıb.

“Aazadlıq radiosu”nun saytında yayılan məlumatara görə, Nardaran işi üzrə məhkəmədə təqsirləndirilən şəxslərdən “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Abbas Hüseynov qardaşlarının həbsi ilə bağlı hakimlərə müraciətində deyib ki, xalqa edilən zülmlərə görə İlham Əliyevin aqibəti Qaddafi-dən betər olacaq.

Daha çox göstər
Back to top button