İctimaiyyət

Omskda azərbaycanlı sürücü 3 uşağı ilə birlikdə ananı avtomobillə vurub

“Omskregion.info” saytı məlumat verir ki, Rusiyanın Omsk şəhərində azərbaycanlı sürücü avtobus dayanacağında ana və üç uşağını avtomobillə vurub.

Məlumatlara görə, qəza nəticəsində xəsarət alanlardan 6 yaşlı uşaq yerindəcə ölüb, 34 yaşlı qadın və iki azyaşlı oğlan uşağları isə, ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbkarı isə hadisə yerindən qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanlarının axtarışıarı nəticəsində hadisədən az sonra qəzanın törədildiyi “Nissan-Tııda” markalı avtomobil yaşayış binalarından birinin qarşısında aşkar edilib. Qəzanı törədən sürücünün 53 yaşlı azərbaycanlı Ələddin İsrail oğlu Qorçuyev olduğu məlum olub. Qorçuyev saxlanılıb. 

Daha çox göstər
Back to top button