Ekonomika

SOCAR-ın dövlət büdcəsinə ödənişləri azalıb

Azərbaycan Dövlət Neft Şirkəti( SOCAR) 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödəyib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17 mln. 44 min manat və ya 12.49 faiz azdır.

Şirkətdən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF-yə) 12 milyon 816 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 8.7 faiz çoxdur.

 

Daha çox göstər
Back to top button