Vaçe Qabrielyan: Biz investorlara yalnız Ermənistana deyil, böyük bazarlara daxil olmak üçün də imkan veririk

Ermənistan xarici investorlara əlverişli şəraitlər təklif edə bilər. Bu haqda “Amerikanın səsi”-nə Ermənistanın Baş nazir müavini New York-da “Ermənistan böyük bazarlara doğru darbazadır” adlı investisiya konfransında iştirak edən Vaçə Qabrielyan bildirib.
Ermənistanın investisiya cəlbediciliyinə toxunaraq Vaçə Qabrielyan deyib ki, “Biz bütün investorlara yalnız Ermənistanda deyil, böyük bazarlara daxil olmak üçün də imkan veririk”.
Baş nazir müavini hesab edir ki, ölkədə kənd təsərrüfatı və yüksək texnologiya sektorlarının perspektivləri var. “Bizdə mikroelektronika və informasiya texnologiyaları sektoru çox inkişaf etmişdir. Ölkəmizin turizmin inkişafı üçün böyük potensialı var, kənd təsərrüfatı sektorumuz var ki, hələ bir neçə dəfə inkişaf edə bilər”.
Vaçə Qabrieləyanın sözlərinə görə, Ermənistan iqtisadiyyatına investisiya edənlər Rusiya, Qazaxıstan, Belarus bazarlarına da girə bilirlər və azad ticarət ilə bağlı Ermənistan-Gürcüstan, Ermənistan-Ukrayna müqavilələrin verdiyi üstünlüklərindən istifadə edə bilirlər, İrana da giriş edə bilirlər.
Baş nazir müavini nailiyyətlərimiz arasında Ermənistanın makroiqtisadi sabitliyini də iəsab edir.