Ekonomika

“Deloitte” nümayəndəsi: “Ermənistan biznes üçün açıqdır”

ABŞ-nın New York şəhərində başlanmış “Ermənistan” investisiya konfransı çərçivəsində təşkil edilmiş plenar sessiyasında hökumət nümayəndələri dağ-mədənçilik sahəsini və nizamlanmaları, o cümlədən faydalı qazıntılar, emal gücü, ixrac strukturu və coğrafiyası, araşdırma və çıxarma lisenziyasının əldə etmə sistemi ilə bağlı əsas məlumatları təqdim ediblər.

Ermənistan İnkişaf Fondundan “Armenpress”-ə verilən məlumata görə, forumda ER energetika infrastrukturları və təbii sərvətlər üzrə nazirinin müavini Hayk Harutyunyan da çıxış edib. Sahənin bütün məlumatlarını təqdim edən hesabatda  qeyd edilir: “Ermənistanda iqtisadi artım təmin etmək üçün mədənçilik çox əhəmiyyətli sahələrdən biridir. Ermənistanın 850-dən artıq mədən var (o cümlədən metalların və qiymətli metalların) və bunlardan 497-si istifadə olunur. Ermənistanda bir çox müxtəlif qeyri-metal mədənlər da var. Burada vulkanik mineralların bütün növlərindən mövcuddur”.

Plenar sessiyasının moderatoru, “Deloitte” audit və konsaltinq şirkətinin mədənçilik üzrə sədri Fil Hopvurd qeyd etdi ki, Ermənistan biznes üçün açıqdır və mədənçilik baxımından xarici investiyaları təmin etmək üçün müsbət addımlar atır”.

Plenar sessiyasında iştirak edən potensial investorlara Ermənistandakı investisiya mühiti, xüsusilə mədənçilik sahəsi və maliyyə alətlərinin mövcudluğuna dair məlumatlar təqdim edilib.

“Dundee Precious Metals” şirkəti isə, Ermənistanda öz təcrübəsini təqdim etdi.

Daha çox göstər
Back to top button