
YTMT-na üzv ölkələrinin Xarici işlər, Müdafiə Nazirləri və Təhlükəsizlik şuralarının rəhbərləri Yerevanda Kollektiv Təhlükəsizlik 2017-ci il planını təşkil edəcəklər.
Bu haqda oktyabrın 13-də YTMT saytında bildirilib.
Xarici işlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları katiblərinin birgə sessiyası Yerevanda oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Şurasının sessiyasından öncə keçiriləcək.
Orada həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsinin Baş katibi Nikolay Bordyuja iştirak edəcək.
Birgə sessiyada “YTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasının gündəliyi və YTMT-nın Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında təqdim olunmuş sənədlər müzakirə olunacaq.
Həmçinin, gələn il üçün YTMT idarəedici orqanlarının və Kollektiv Təhlükəsizlik sistemi qüvvələrinin və vasitələrinin təşkilinin operativ və döyüş hazırlığının birgə tədbirləri barədə məsələlər müzakirə olunacaqdır”.