Beynəlxalq

Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Oqtay Gülalıyev və Eldəniz Quiyevə xəbərdarlıq edib

Oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oqtay Gülalıyevə və Milli Şuranın  Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quiyevə xəbərdarlıq edib. Bu barədə Turan-a O.Gülalıyev və E.Quliyevin özləri bildiriblər.

Onlar bu  gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıblar.

“İdarədə mənə “Nardaran işi” ilə bağlı apardığım araşdırmaya, tənqidi Facebook statuslarıma görə xəbərdarlıq etdilər.  Bildirdilər ki, mənim Facebook statuslarımı izləyirlər və Nardaranda dövlətə  qarşı cinayət törədilib.  Buna görə müvafiq addımlar atılıb və  bundan sonra da atılacaq”,- O.Gülalıyev qeyd qeyd edib.

Eldəniz Quliyev isə bildirib ki, əsas söhbət mövzusu ictimai-siyasi fəallığı, dini etiqadlı insanları müdafiə etməyi, sosial şəbəkələrdə yazıları olub.

“İdarədə ictimai-siyasi fəallığımı yumşaltmağı tələb etdilər. Dini inanclı insanları müdafiə etməyim narazılıqlarına səbəb olub. Mən dedim ki, hər bir insanın etiqad azadlığı var, bu, qanunda əksini tapıb”, – E.Quliyev qeyd edib.

E.Quliyev deyib ki, yazılarında hakimiyyətə qarşı sərt mövqe tutması da müzakirə edilib.  “Hətta bu yazılarda cinayət tərkibli ifadələrin də olduğu bildirildi. Hələlik şifahi xəbərdarlıq etdilər. Fikrimcə, bu, profilaktik məqsədlli söhbət idi, gələcəyi isə görərik”, – o bildirib.

Daha çox göstər
Back to top button