Çin dövlət şirkəti Ermənistanla hərbi-texniki əməkdaşlıq qurmağa ümid edir

Çin dövlət CAEC şirkəti Ermənistanla hərbi-texniki əməkdaşlıq qurmağa ümid edir. Şirkətin nümayəndələri Yerevanda keçirilən “ArmHitec-2016” silah və müdafiə texnologiyalarının beynəlxalq sərgisində iştirak ediblər.
“Armenpress” ilə müsahibədə çin dövlət şirkətinin nümayəndəsi Co Lan vurğulayıb ki, şirkət tikinti və hərbi avadanlıqların istehsatı ilə məşğuldur. “Biz hava müdafiə radarları, radio stansiyaları və təhlükəsizlik kameraları istehsal edirik”.
Co Lan qeyd etdi ki, “hazırda Ermənistanla əməkdaşlıq yoxdur, lakin ümid edirəm ki, gələcəkdə belə bir əməkdaşlığımız olacaq”.
“Keçmişdə erməni tərəfi maraqlığını göstərirdi, lakin hal-hazırda heç bir konkret şey yoxdur. Ümid edirəm ki, gələcəkdə əməkdaşlıq edə bilirik”,-deyə Lan əlavə etdi ki, onlar hərbi məhsulları Cənubi Amerika və Afrika ölkələrinə ixrac edirlər.